
Araşdırma: “Brexit” Böyük Britaniya iqtisadiyyatına ən azı 6% zərər vurub
Fins.az - Brexit Böyük Britaniya iqtisadiyyatının artım tempinə ən azı 6 faiz mənfi təsir göstərib.
Bu nəticə İngiltərə Bankı məlumatları əsasında aparılan yeni araşdırmada ortaya çıxıb.
Tədqiqat çərçivəsində iqtisadçılar son on ildə minlərlə Britaniya şirkətinin fəaliyyətini və Böyük Britaniyada “Brexit” referendumundan sonra baş verən iqtisadi dəyişiklikləri təhlil ediblər.
Həmçinin, ölkənin Avropa İttifaqında qalması halında iqtisadi inkişafın necə ola biləcəyi də müqayisəli şəkildə qiymətləndirilib.