Apple Siri-ni ChatGPT-dən başqa digər chatbotlarla da inteqrasiya etməyi planlaşdırır

Apple Siri-ni ChatGPT-dən başqa digər chatbotlarla da inteqrasiya etməyi planlaşdırır

DÜNYA
515

Fins.az - ABŞ-ın Apple Inc. şirkəti, səs köməkçisi Siri-ni üçüncü tərəf süni intellekt (AI) assistentləri ilə də işləyə biləcək şəkildə genişləndirməyi planlaşdırır.

Hal-hazırda Siri, OpenAI ilə əməkdaşlıq çərçivəsində ChatGPT ilə inteqrasiya olunub. Bloomberg-in mənbələrinə görə, Apple indi Siri-nin App Store-da olan digər chatbotlarla da qarşılıqlı əlaqədə olmasını təmin edəcək alətlər üzərində işləyir.

Yeni iOS 27 ilə bu dəstək təqdim olunacaq və üçüncü tərəf AI tətbiqləri Siri vasitəsilə sorğuları qəbul edə biləcək. Beləliklə, istifadəçilər Gemini, Claude və digər modellərlə Siri üzərindən ünsiyyət qura biləcək, Apple isə App Store vasitəsilə üçüncü tərəf AI xidmətlərindən abunə gəlirlərini artıra biləcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Apple Siri-ni ChatGPT-dən başqa digər chatbotlarla da inteqrasiya etməyi planlaşdırır — Fins.az — Fins.az