Apple  daha ucuz  Apple Watch istehsal edir

Apple  daha ucuz  Apple Watch istehsal edir

DÜNYA
427

Amerika mediasına görə, Apple Watch SE modeli daha təvazökar bir dizaynda edilsə də, flaqman nüsxələrinə nisbətən güclü olmayan proqram təminatı ilə təchiz ediləcək.
"Hypebeast" ın mənbələrə istinadən verdiyi məlumata görə, büdcə modeli hazırda bazardakı Series 3 saatlarını əvəz edəcək. Dizaynın Series 3-ə oxşar olacağı güman edilir, lakin içərisində S6 prosessoru olacaq - payızda təqdim ediləcək Apple Watch Series 6-da olduğu kimi.

Apple Watch SE 16 GB yaddaşa və Bluetooth 5.0 texnologiyasına dəstək verəcək. Cihazın satışının mümkün başlama tarixi 2021-ci ilin mart ayıdır. Apple Watch SE-nin təxmini dəyəri Apple Watch Series 3-ün qiymətinə bərabər ola bilər.

Müxtəlif:Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Apple  daha ucuz  Apple Watch istehsal edir — Fins.az — Fins.az