
Antonelli Yaponiya Qran-Prisində qalib gəldi
Fins.az - İtaliyalı pilot Andrea Kimi Antonelli “Mercedes” komandası ilə 2026-cı ilin Formula 1 dünya çempionatının üçüncü mərhələsi – Yaponiya Qran-Prisində qalib olub.
Yarış Suzuka avtodromunda keçirilib. İkinci yeri Avstraliyalı Oskar Piastrinin “McLaren” komandası tutub, üçüncü pilləni isə Monako pilotu Şarl Lekler “Ferrari” komandası ilə bağlayıb.