Antarktidanın dərinliklərində yüzlərlə qeyri-adi yeraltı təkan aşkarlanıb

Antarktidanın dərinliklərində yüzlərlə qeyri-adi yeraltı təkan aşkarlanıb

DÜNYA
195

Fins.az - Antarktidanın Şərq hissəsində yerləşən Devid buzlağının altında alimləri təəccübləndirən 510 yeraltı təkan qeydə alınıb.

ABŞ və İspaniyadan olan tədqiqatçılar süni intellekt və dərin öyrənmə alqoritmlərindən istifadə edərək 100–150 kilometr dərinlikdə baş verən seysmik hadisələri aşkarlayıblar.

Alimlərin bildirdiyinə görə, bu ərazi tektonik plitələrin sərhədlərindən uzaqda yerləşdiyi üçün belə aktivliyin qeyri-adi və gözlənilməz olduğu hesab olunur.

Araşdırmanın nəticələri “Science” jurnalında dərc edilib və Antarktida geologiyası ilə bağlı yeni suallar ortaya çıxarıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Antarktidanın dərinliklərində yüzlərlə qeyri-adi yeraltı təkan aşkarlanıb — Fins.az — Fins.az