Anqolanın qərbində daşqınlar nəticəsində 40 nəfər ölüb

Anqolanın qərbində daşqınlar nəticəsində 40 nəfər ölüb

DÜNYA
292

Fins.az - Anqolanın qərbində güclü leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində 40 nəfər həyatını itirib. Hadisə nəticəsində itkin düşənlərin də olduğu bildirilir və hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

Təbii fəlakətdən ən çox ölkənin paytaxtı Luanda və sahilyanı Benqela şəhəri zərər çəkib. Son məlumatlara görə, bu ərazilərdə 600-dən çox ev dağılıb, 9,5 minə yaxın ev isə su altında qalıb.

Ümumilikdə, təxminən 51 min nəfər daşqınlardan zərər görüb. Xilasetmə xidmətləri fəsadların aradan qaldırılması istiqamətində işləri davam etdirir, evlərdən suyun çəkilməsi həyata keçirilir və zərərçəkənlərə ərzaq yardımı göstərilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Anqolanın qərbində daşqınlar nəticəsində 40 nəfər ölüb — Fins.az — Fins.az