
Ankarada güclü yağış və dolu daşqınlara səbəb olub
Fins.az - Ankarada günorta saatlarında qəfil başlayan və güclənən yağış nəticəsində şəhərin bəzi hissələrində daşqınlar baş verib.
Məlumata görə, güclü yağış səbəbindən bir sıra yeraltı keçidlər, yaşayış evləri və kommersiya obyektləri su altında qalıb.
Yağışla yanaşı yağan dolu da vəziyyəti çətinləşdirib. Nəticədə şəhər yollarında nəqliyyatın hərəkəti xeyli ləngiyib, uzun tıxaclar yaranıb və avtomobillərin hərəkətində gecikmələr qeydə alınıb.