
Ankarada “Ay Yıldız” Birgə Komandanlıq Kompleksinin tikintisi davam edir
Fins.az - Ankarada Türkiyə Silahlı Qüvvələrinin Birgə Komandanlığının “Ay Yıldız” kompleksinin tikintisi davam edir.
Layihə çərçivəsində Türkiyənin Milli Müdafiə Nazirliyi, Baş Qərargahı və qoşun növlərinin komandanlıqları vahid kompleksdə fəaliyyət göstərəcək. Ümumi sahəsi 12 milyon kvadratmetr olan kompleks ölçüsünə görə ABŞ-ın Pentaqon binasından təxminən üç, NATO-nun mənzil-qərargahından isə dörd dəfə böyük olacaq.