
Andrey Rublyov Barselona turnirində finala yüksəlib
Fins.az - Rusiyalı tennisçi Andrey Rublyov Barselonada keçirilən ATP 500 turnirində finala vəsiqə qazanıb.
O, yarımfinal mərhələsində serbiyalı Həmad Medjedoviç üzərində 3:6, 6:2, 6:2 hesablı qələbə əldə edib.
Rublyovun finaldakı rəqibi hələ müəyyənləşməyib. Bu, ispan Rafael Xodar ilə fransalı Artur Fils arasında keçiriləcək digər yarımfinal oyunundan sonra bəlli olacaq.