Amerikalı basketbolçu turnir zamanı güllələnərək ölüb

Amerikalı basketbolçu turnir zamanı güllələnərək ölüb

DÜNYA
181

Fins.az - Amerikalı basketbolçu Kinu Roçford Nyu-Yorkda keçirilən basketbol turniri zamanı baş verən silahlı insident nəticəsində həyatını itirib.

Məlumata görə, 35 yaşlı idmançı oyunlar arasındakı fasilə zamanı baş nahiyəsindən güllə yarası alıb. Hadisə nəticəsində daha iki nəfər də yaralanıb.

Kinu Roçford peşəkar karyerası ərzində Niderland, İsrail, Fransa, İsveçrə, Böyük Britaniya və digər ölkələrin klublarında çıxış edib.

Hadisə ilə bağlı araşdırma aparılır, insidentin səbəbləri və hücumu törədən şəxslə bağlı məlumat hələ açıqlanmayıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Amerikalı basketbolçu turnir zamanı güllələnərək ölüb — Fins.az — Fins.az