
Amerika iqtisadiyyatında böhran proqnozları
Amerika iqtisadiyyatı birinci rübdə proqnozlaşdırıldığı kimi geriləyib.
Amerikanın statistika idarəsinin cümə axşamı açıqladığı rəsmi məlumatlara əsasən, birinci rüb ərzində istehsal edilən mal və xidmətlərin dəyəri dördüncü rüb ilə müqayisədə 5% azalıb. Bu, son 5 il ərzində ilk rüblük böhrandır.
İqtisadçılar birinci hesablamada 4, ikinci hesablamada 4.8 və üçüncü hesablamada 5%-lik azalma proqnozlaşdırırdılar.