Almaniyanın istehsal sektorunda material çatışmazlığı azalıb

Almaniyanın istehsal sektorunda material çatışmazlığı azalıb

DÜNYA
971

Alman İqtisadiyyat Tədqiqat İnstitutu (Ifo) Almaniyanın istehsal sektorunda material çatışmazlığı probleminin bu ay azaldığını, lakin Almaniyanın hələ də ideal təchizat vəziyyətindən uzaq olduğunu bildirib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, mart ayında Almaniyadakı şirkətlərin 41,6%-sı müxtəlif problemlər, xüsusilə ara məhsul və xammal tədarükündə olduğu göstərilib. Fevral ayında bu nisbət  45,4% olaraq qeyd edilib.

Ifo-ya görə, Almaniya sənayesinin əsas sektorlarında material çatışmazlığından şikayət edən şirkətlərin nisbəti çox yüksək səviyyədə qalıb.

Avtomobil sənayesi, elektrik-elektron firmaları və maşınqayırma sahələrində problem yaşayan firmaların nisbəti 60% ikən, kağız sənayesində problem yaşayan şirkətlərin nisbəti 2,4% olaraq təyin olunub.

Zəminə Hüseyn
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Almaniyanın istehsal sektorunda material çatışmazlığı azalıb — Fins.az — Fins.az