
Almaniyanın ən böyük bankı 200-ə qədər filialını bağlayacaq
Almaniyanın ən böyük bankı Deutsche Bank sabahdan etibarən 200-ə qədər filialını bağlayacağını açıqlayıb.
Fins.az xəbər verir ki, Bank, 290 filialın müştərilərinə xidmət göstərməyə davam edəcəyini qeyd edib. Deutsche Bank hesabatında, yeni növ koronavirus (Covid-19) epidemiyasının iqtisadi təsirinin bankın maliyyə hədəflərinə çatmasına mənfi təsir edəcəyini də bildirib. 1870-ci ildə qurulan Deutsche Bank 2022-ci ilə qədər 18 min nəfəri işdən çıxarılacağını açıqlamışdı.