Almaniyada yeni temperatur rekordu qeydə alınıb

Almaniyada yeni temperatur rekordu qeydə alınıb

DÜNYA
195

Fins.az - Almaniyada davam edən isti hava dalğası fonunda ölkə üzrə yeni temperatur rekordu qeydə alınıb.

Almaniya Meteorologiya Xidmətinin (DWD) məlumatına görə, Saksoniya-Anhalt əyalətinin Yerixover Land bölgəsində yerləşən meteoroloji stansiyada havanın temperaturu 41,5 dərəcə Selsi olub.

Bununla da bir gün əvvəl Saarbrükendə qeydə alınmış 41,3 dərəcə göstəricisi geridə qalıb və ölkə üzrə yeni rekord müəyyənləşib.

Meteoroloqlar yaxın günlərdə də yüksək temperaturun davam edəcəyini bildirir və əhalini günün ən isti saatlarında ehtiyatlı olmağa çağırırlar.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Almaniyada yeni temperatur rekordu qeydə alınıb — Fins.az — Fins.az