
Almaniyada yaşayan azərbaycanlı musiqiçi Ankarada konsert proqramı ilə çıxış edib
Fins.az - Ankarada Musa Göçmenin Simfonik Orkestrinin konsert zalında Almaniyada yaşayan azərbaycanlı müğənni və bəstəkar Seyran İsmayılxanovun “In the Desert” adlı konsert proqramı təqdim edilib. Tədbir Azərbaycan Diasporuna Dəstək Fondu (ADDF) və Türkiyədə fəaliyyət göstərən “Səda” musiqi kurslarının dəstəyi ilə təşkil olunub.
Konsertdə xüsusi qonaq qismində kamança ifaçısı Anar Yusub çıxış edib. Səhnədə Azərbaycan, türk, rus və italyan dillərində əsərlər təqdim olunub, xüsusilə xalq mahnısı “Sarı gəlin” ritmik aranjemanda ifa edilib. Dünya klassik musiqisinin nümunələri isə pianoçu Nailə Əhmədovanın müşayiəti ilə səsləndirilib.