
Almaniyada rekord temperatur qeydə alınıb: 41,7 dərəcə
Fins.az - Almaniyada davam edən isti hava dalğası fonunda ölkə üzrə yeni temperatur rekordu qeydə alınıb.
Almaniya Meteorologiya Xidmətinin (DWD) məlumatına görə, Polşa sərhədinə yaxın yerləşən Koşen qəsəbəsində havanın temperaturu 41,7 dərəcə Selsi olub.
Bu göstərici Almaniyada indiyədək qeydə alınmış ən yüksək temperatur kimi tarixə düşüb.
Qeyd edək ki, ölkədə son günlər ardıcıl olaraq temperatur rekordları yenilənir və meteoroloqlar ekstremal isti hava şəraitinin yaxın günlərdə də davam edə biləcəyi barədə xəbərdarlıq edirlər.