Almaniyada planer avtomagistrala düşüb, ölən və yaralanan var

Almaniyada planer avtomagistrala düşüb, ölən və yaralanan var

DÜNYA
441

Fins.az - Şimali Reyn-Vestfaliya əyalətində planerin avtomagistrala düşməsi nəticəsində bir nəfər həyatını itirib, bir nəfər isə ağır yaralanıb.

Məlumata görə, içərisində iki nəfərin olduğu mühərriksiz hava gəmisi havaya qalxdıqdan qısa müddət sonra magistralın hərəkət hissəsinə düşüb. Qəza zamanı yolda hərəkətdə olan avtomobillərə ziyan dəymədiyi bildirilib.

Hadisə nəticəsində planerdə olan şəxslərdən biri ölüb, digəri isə qalıqlar arasından çıxarılaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qəza ilə əlaqədar avtomagistral hər iki istiqamətdə bağlanıb. Hadisə yerində genişmiqyaslı xilasetmə və ərazinin təmizlənməsi işləri aparılır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...