Almaniyada pilotların tətili səbəbindən yüzlərlə aviareys ləğv edilib

Almaniyada pilotların tətili səbəbindən yüzlərlə aviareys ləğv edilib

DÜNYA
373

Fins.az - Almaniyada pilotların həmkarlar ittifaqının elan etdiyi tətil nəticəsində ölkə üzrə yüzlərlə aviareys ləğv edilib. Frankfurt, Berlin və Düsseldorf hava limanlarında bir sıra uçuşların həyata keçirilməyəcəyi bildirilib.

Məlumata görə, uçuşları ləğv olunan sərnişinlər əvvəlcədən məlumatlandırılıb. Bildiriş almayan sərnişinlərin reyslərinin isə plan üzrə baş tutacağı gözlənilir. Bununla belə, sərnişinlərə hava limanına getməzdən əvvəl uçuş vəziyyətini yoxlamaq tövsiyə olunur.

Tətilin daha məhdud olacağı və təxminən 300 reysin ləğv ediləcəyi gözlənilir. Fevral ayında keçirilmiş əvvəlki birgünlük tətil zamanı isə 800-ə yaxın uçuş ləğv edilmişdi.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Almaniyada pilotların tətili səbəbindən yüzlərlə aviareys ləğv edilib — Fins.az — Fins.az