
Almaniyada kirayə qiymətləri sürətlə artır
Fins.az - Almaniyanın böyük şəhərlərində kirayə haqqı inflyasiyanı iki-üç dəfə üstələyir.
Təklifin az, tələb isə yüksək olması bazarı gərginləşdirir. Köhnə mənzillərdə dövlət tənzimləmələri olsa da, qısamüddətli və mebellə təchiz edilmiş mənzillərdə qiymətlər sürətlə artır.
Hökumət qısamüddətli kirayədə sui-istifadəni məhdudlaşdırmaq, əlavə ödənişləri açıqlatmaq və illik kirayə artımını 3,5%-lə məhdudlaşdırmaq planları hazırlayıb. Lakin struktur problemlər – az tikinti, yüksək faizlər və mürəkkəb təsdiqləmə prosedurları – hələ də qalır.