Almaniyada inflyasiya martda 2,8%-ə yüksəlib

Almaniyada inflyasiya martda 2,8%-ə yüksəlib

DÜNYA
434

Fins.az - Almaniyada istehlak qiymətləri mart ayında illik ifadədə 2,8% artıb. Bu barədə ölkənin Federal Statistika İdarəsinin (Destatis) ilkin məlumatında bildirilir.

İnflyasiya fevral ayı ilə müqayisədə kəskin artıb. Belə ki, ötən ay bu göstərici 2% səviyyəsində olub. Mart ayında qeydə alınan artım 2025-ci ilin yanvarından bəri ən yüksək səviyyə hesab olunur.

Qiymət artımının əsas səbəbi enerji daşıyıcılarının bahalaşmasıdır. Bu isə ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarından sonra enerji bazarında yaranan gərginliklə əlaqələndirilir. Göstərici analitiklərin proqnozları ilə də üst-üstə düşüb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Almaniyada inflyasiya martda 2,8%-ə yüksəlib — Fins.az — Fins.az