Almaniyada doğuşla vətəndaşlıq cinayətkarlıq səviyyəsini azaldır

Almaniyada doğuşla vətəndaşlıq cinayətkarlıq səviyyəsini azaldır

DÜNYA
344

Fins.az - Almaniyada aparılan araşdırma göstərib ki, ölkədə doğulan miqrant mənşəli uşaqlara vətəndaşlıq verilməsi onların gələcəkdə cinayət törətmə ehtimalını əhəmiyyətli dərəcədə azaldır.

Tədqiqat nəticələrinə görə, doğulduqları andan etibarən Almaniya vətəndaşlığına malik olan ikinci və üçüncü nəsil miqrant gənclər əvvəlki dövrdə alman pasportu olmayan oxşar şəxslərlə müqayisədə təxminən 70 faiz daha az hallarda polis tərəfindən şübhəli kimi qeydə alınıb. Azalma əsasən mülkiyyət və narkotiklə bağlı cinayətlərdə müşahidə olunub.

Ifo İnstitutu və Passau Universitetinin birgə apardığı araşdırma Baden-Vürtemberq, Hessen və Berlin üzrə polis statistikasına əsaslanır. Mütəxəssislər qeyd edirlər ki, doğuşla vətəndaşlıq verilməsi şəxsin kimlik formalaşmasına müsbət təsir göstərir, sosial etimadı artırır və təhsil, məşğulluq, eləcə də siyasi iştirak imkanlarını genişləndirir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Almaniyada doğuşla vətəndaşlıq cinayətkarlıq səviyyəsini azaldır — Fins.az — Fins.az