Almaniyada dizel yanacağının qiyməti rekord səviyyəyə yüksəlib

Almaniyada dizel yanacağının qiyməti rekord səviyyəyə yüksəlib

DÜNYA
2,598

Fins.az - Almaniyada dizel yanacağının qiyməti davamlı olaraq artaraq yeni rekord həddə çatıb. Alman Avtomobil Klubunun (ADAC) məlumatına görə, ölkədə yanacaqdoldurma məntəqələrinin qiymətləri gündə yalnız bir dəfə artırmasına imkan verən “Avstriya modeli” aprelin 1-dən tətbiq olunmasına baxmayaraq, qiymət artımını dayandıra bilməyib.

Nəticədə, Pasxa bayramı günü, aprelin 5-də, dizel yanacağının bir litri əvvəlki günlə müqayisədə 1,5 sent artaraq 2,44 avroya çatıb. Bu, 2022-ci ilin mart ayındakı əvvəlki rekorddan 11,5 sent yüksəkdir.

Aprelin 6-da isə saat 11:45-də “Super E10” markalı yanacağın orta qiyməti 2,169 avro olub, bir saat sonra isə 6,6 sent artaraq 2,2 avroya yüksəlib. Dizel yanacağının qiyməti isə 2,421 avrodan 2,487 avroya qalxıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Almaniyada dizel yanacağının qiyməti rekord səviyyəyə yüksəlib — Fins.az — Fins.az