Almaniyada daşınmaz əmlak qiymətləri 2025-ci ildə artıb

Almaniyada daşınmaz əmlak qiymətləri 2025-ci ildə artıb

DÜNYA
478

Fins.az - Almaniyada daşınmaz əmlak qiymətləri 2025-ci ildə xeyli artıb. Ölkədə ev və mənzillər 2025-ci ilin dördüncü rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə orta hesabla 3 faiz bahalaşıb. Ümumilikdə isə 2025-ci il ərzində daşınmaz əmlak əvvəlki illə müqayisədə 3,2 faiz bahalaşıb və 2022-ci ildən sonra ilk dəfə illik artım müşahidə olunub.

Bahalaşma bütün regionlarda qeydə alınıb: seyrək məskunlaşmış kənd rayonlarında mənzillər 5,4 faiz, iri şəhərlərdə isə 4,8 faiz bahalaşıb. Almaniyanın yeddi ən böyük şəhəri — Berlin, Hamburq, Münxen, Köln, Frankfurt, Ştutqart və Düsseldorfda qiymətlər orta hesabla 2,1 faiz artıb. Məlumat Almaniyanın Federal Statistika İdarəsi tərəfindən açıqlanıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Almaniyada daşınmaz əmlak qiymətləri 2025-ci ildə artıb — Fins.az — Fins.az