
Almaniya Şimali Atlantikada hərbi mövcudluğunu gücləndirir
Fins.az - Almaniya müttəfiqlərini dəstəkləmək məqsədilə Şimali Atlantikada hərbi-dəniz qüvvələrini gücləndirir.
Bu barədə ölkənin müdafiə naziri Boris Pistorius Sinqapura səfəri zamanı açıqlama verib. O bildirib ki, Böyük Britaniyanın “HMS Dragon” esminesini Aralıq dənizinə göndərməsi fonunda Almaniyanın “Sachsen” freqatı NATO-nun daimi dəniz qrupunun flaqman gəmisi kimi fəaliyyət göstərəcək.
Nazir qeyd edib ki, bu məsələ britaniyalı həmkarı ilə müzakirə olunub. Qərar regionda artan hərbi gərginlik, xüsusilə İsrail və ABŞ-nin İrana qarşı əməliyyatları fonunda qəbul edilib.
Bundan əlavə, Kiprdə yerləşən Britaniya hərbi bazasına pilotsuz uçuş aparatı ilə hücumdan sonra NATO ölkələri, o cümlədən Böyük Britaniya və Fransa regiondakı hərbi mövcudluqlarını artırıblar.