
Almaniya kansleri: İranla müharibə enerji təhlükəsizliyi üçün ciddi riskdir
Fins.az - Almaniya kansleri Friedrich Merz ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarını sərt tənqid edərək bu münaqişənin ölkənin enerji təhlükəsizliyi üçün ciddi risk yaratdığını bildirib.
Onun sözlərinə görə, Yaxın Şərqdə gərginliyin artması Almaniyanın enerji təchizatına birbaşa təsir edir və iqtisadiyyata mənfi nəticələr doğura bilər. Kansler tərəfləri münaqişəni tez bir zamanda diplomatik yollarla həll etməyə çağırıb.
Açıqlama ABŞ prezidenti Donald Trumpın Merzi sərt tənqid etməsindən sonra verilib. Tramp Almaniya liderini İran siyasətinə müdaxilədə ittiham edib.
Bununla yanaşı, İranın Hörmüz boğazını faktiki blokadaya alması qlobal enerji bazarlarında ciddi narahatlıq yaradıb. Ekspertlər bildirir ki, bu vəziyyət davam edərsə, neft və qaz qiymətlərində artım qaçılmaz olacaq.
Almaniya hökuməti isə vəziyyətin iqtisadi təsirlərini minimuma endirmək üçün diplomatik həll yollarına üstünlük verilməsinin vacibliyini vurğulayır.