Almaniya və İspaniya şirkətləri hərbi nəqliyyat sistemlərinin birgə istehsalı barədə razılığa gəlib

Almaniya və İspaniya şirkətləri hərbi nəqliyyat sistemlərinin birgə istehsalı barədə razılığa gəlib

DÜNYA
271

Fins.az - Almaniyanın “Rheinmetall” və İspaniyanın “Indra” şirkətləri müdafiə sənayesində əməkdaşlığın genişləndirilməsi məqsədilə anlaşma memorandumu imzalayıblar.

Razılaşmaya əsasən, tərəflər Avropa və Latın Amerikası ölkələrinin silahlı qüvvələri üçün hərbi nəqliyyat sistemlərinin birgə istehsalını həyata keçirəcək. Şirkətlər yaxın zamanda birgə müəssisə yaradaraq İspaniya ordusunun 3 minədək hərbi yük maşınının alınması üzrə elan etdiyi tenderdə iştirak etməyi planlaşdırır.

Sənəd çərçivəsində zirehli texnikanın modernləşdirilməsi, taktiki dəstək nəqliyyat vasitələrinin hazırlanması, piyada döyüş maşınları üzrə həllərin işlənməsi və yük avtomobilləri layihələri üzrə konsorsiumların yaradılması nəzərdə tutulur. Əməkdaşlıq həmçinin sistemlərin inteqrasiyasından istehsal və xidmət mərhələlərinə qədər bütün dəyər zəncirini əhatə edəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Almaniya və İspaniya şirkətləri hərbi nəqliyyat sistemlərinin birgə istehsalı barədə razılığa gəlib — Fins.az — Fins.az