Almaniya və Fransa Aİ-nin sürətli genişlənməsini dəstəkləyir

Almaniya və Fransa Aİ-nin sürətli genişlənməsini dəstəkləyir

DÜNYA
265

Fins.az - Almaniya Kansleri Fridrix Merts və Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqının daha sürətli genişlənməsinin tərəfdarı olduqlarını bəyan ediblər.

Monteneqronun Tivat şəhərində keçirilən Aİ–Qərbi Balkan Sammitində çıxış edən Fridrix Merts bildirib ki, Avropa İttifaqı həm genişlənməyə qadirdir, həm də buna hazır olduğunu nümayiş etdirməlidir.

Kanslerin sözlərinə görə, sammitin əsas mövzusu altı Qərbi Balkan ölkəsinin yaxın gələcəkdə Avropa İttifaqına üzvlük perspektividir. O vurğulayıb ki, Aİ-nin bu ölkələri özünə daha sıx inteqrasiya etməkdə strateji marağı var.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Almaniya və Fransa Aİ-nin sürətli genişlənməsini dəstəkləyir — Fins.az — Fins.az