
Almaniya və Danimarka sərhəd nəzarətini davam etdirəcək
Fins.az - Almaniya və Danimarka qeyri-qanuni miqrasiyaya qarşı mübarizə çərçivəsində sərhəd nəzarətini davam etdirmək barədə razılığa gəlib.
Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt və Danimarkanın miqrasiya və inteqrasiya naziri Morten Bodskov bildiriblər ki, sərhəd nəzarəti son aylarda müsbət nəticələr verib və qeyri-qanuni keçidlərin qarşısının alınmasında mühüm rol oynayır.
Nazirlər həmçinin qeyd ediblər ki, hər iki ölkənin hüquq-mühafizə orqanları miqrant qaçaqmalçılarına qarşı mübarizədə sıx əməkdaşlığı davam etdirir və mövcud şəraitdə sərhəd nəzarətinin saxlanılması zəruridir.