Almaniya Aİ büdcəsinin 450 milyard dollar azaldılmasını tələb edir

Almaniya Aİ büdcəsinin 450 milyard dollar azaldılmasını tələb edir

DÜNYA
200

Fins.az - Almaniya hökuməti Avropa Komissiyasının 2028–2034-cü illər üçün təklif etdiyi 2 trilyon avroluq büdcənin azaldılmasını tələb edib.

Berlin hesab edir ki, hazırkı büdcə layihəsi üzv dövlətlər üçün həyata keçirilməsi mümkün olmayan maliyyə yükü yaradır.

Avropa İttifaqının Çoxillik Maliyyə Planı bütün 27 üzv dövlətin yekdil razılığı ilə qəbul olunduğundan, Almaniyanın sərt mövqeyi qarşıdakı büdcə danışıqlarının mürəkkəb keçəcəyini göstərir.

“Reuters” agentliyinin məlumatına görə, Almaniya mövcud layihə ilə razılığın əldə olunmasının mümkün olmadığını bildirib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Almaniya Aİ büdcəsinin 450 milyard dollar azaldılmasını tələb edir — Fins.az — Fins.az