Müəlliflər inkişaf etdirdikləri metodun yeni “SARS-CoV-2”yə qarşı da effektli olacağına inanırlar.
Almaniyanın Münhen Texniki Universitetin, “Helmholtz” Mərkəzinin və ABŞ-ın “Brendays” Universitetinin tədqiqatçıları virusları mexaniki şəkildə tutaraq zərərsizləşdirə bilən DNT-dən ibarət nanostrukturlar inkişaf etdiriblər.
Qeyd edək ki, 1962-ci ildə bioloq Donald Kaspar və biofizik Aaron Kluq virusların protein qabıqlarının qurulduğu həndəsi prinsipləri kəşf ediblər. Lakin o dövrdə elm adamları, bir virusun dəliklərindən keçəcəyi qədər böyüklükdə içi boş cisimlər yarada bilməzdilər.
Münhen Texniki Universitetinin biyomolekulyar nanotexnologiya professoru Hendrik Dietzin rəhbərliyi altında çalışan işçi qrup isə bu xüsusiyyətlərə əsaslanaraq DNK-dan virus ölçüsündə öz-özünə yığılmış obyektlər yaratmaq üçün bir metod hazırlayıb.
