
Alimlər “superuzunömürlülərin” güclü yaddaşının mümkün sirrini açıqlayıblar
Alimlər yaşlı insanlarda güclü yaddaşın qorunmasının mümkün səbəbini müəyyən ediblər.
Geniş yayılmış fikrə görə, yaddaş və yeni məlumatları mənimsəmə qabiliyyəti yaş artdıqca zəifləyir. Bu proses adətən 30 yaşdan sonra başlayır və zaman keçdikcə idrak funksiyaları tədricən aşağı düşür.
Lakin bəzi insanlar 80–90 yaşlarında belə güclü yaddaşa malik olurlar. Alimlər bu şəxsləri “superuzunömürlülər” adlandırırlar.
“Nature” jurnalında dərc olunmuş yeni araşdırmaya əsasən, bunun səbəbi beyində yeni sinir hüceyrələrinin fəal şəkildə yaranması ilə bağlı ola bilər.
Tədqiqat nəticələrinə görə, bu insanlarda beynin yaddaşa cavabdeh hissəsi olan hipokampda digər yaşlı insanlarla müqayisədə təxminən iki dəfə çox yeni neyron əmələ gəlir. Demensiyanın erkən əlamətləri olan şəxslərdə bu proses daha zəif müşahidə olunur, Altsheymer xəstəliyi olanlarda isə demək olar ki, baş vermir.