
Alimlər Antarktidanın Arktikadan daha tez donmasının səbəbini araşdırıblar
Fins.az - Alimlər Antarktidanın Arktikadan milyonlarla il əvvəl donmasının mümkün səbəbini müəyyən etməyə yaxın olduqlarını bildiriblər.
Tədqiqatçılar qeyd edirlər ki, Antarktida təxminən 34 milyon il əvvəl buzla örtülsə də, Arktikada daimi buzlaşma bundan təxminən 25 milyon il sonra başlayıb. Bu fərq uzun illər elmi ictimaiyyət üçün cavabsız qalan suallardan biri olub.
Mütəxəssislər Antarktida bölgəsinin topoqrafiyasını təhlil edib və ərazinin milyonlarla il ərzində necə dəyişdiyini hesablama modelləri vasitəsilə yenidən qurublar.
Araşdırmanın nəticələri göstərir ki, qitənin relyefi və geoloji xüsusiyyətləri onun daha erkən buzlaşmasına mühüm təsir göstərmiş ola bilər. Alimlər hesab edirlər ki, bu nəticələr Yer kürəsinin iqlim tarixini və qlobal buzlaşma proseslərini daha yaxşı anlamağa kömək edəcək.