Airbus apreldə təyyarə tədarükünü 16 faiz azaldıb

Airbus apreldə təyyarə tədarükünü 16 faiz azaldıb

DÜNYA
277

Fins.az - Airbus apreldə dünya üzrə 39 müştəriyə ümumilikdə 67 təyyarə təhvil verib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 16 faiz azdır.

Şirkətin məlumatına görə, yanvar-aprel aylarında 57 müştəriyə ümumilikdə 181 sərnişin təyyarəsi çatdırılıb. Bu isə 2025-ci ilin analoji dövrü ilə müqayisədə 5,7 faiz azalma deməkdir.

İlin əvvəlindən Airbus-un xalis sifariş portfeli 405 təyyarə təşkil edib.

Şirkət 2026-cı ildə təxminən 870 təyyarə tədarük etməyi planlaşdırırdı. Lakin bu hədəf Yaxın Şərqdəki münaqişə başlamazdan əvvəl müəyyən edilmişdi.

Ekspertlər bildirirlər ki, artan yanacaq qiymətləri və regiondakı hərbi gərginlik səbəbindən qlobal aviasiya sektoru çətin dövrdən keçir, bir çox aviaşirkət isə uçuş proqramlarını azaltmağa məcbur olur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Airbus apreldə təyyarə tədarükünü 16 faiz azaldıb — Fins.az — Fins.az