
“Air France” Yaxın Şərqə uçuşları 3 mayadək təxirə salıb
Fins.az - “Air France” aviaşirkəti Yaxın Şərqə olan uçuşların dayandırılmasını 2026-cı il mayın 3-dək uzadıb. Qərar təhlükəsizlik vəziyyəti və bəzi hava məkanlarının kommersiya uçuşları üçün bağlı qalması ilə əlaqədardır.
Bu çərçivədə Tel-Əviv, Beyrut, Dubay və Riyad istiqamətlərinə uçuşlar müvəqqəti olaraq dayandırılıb. Dubaydan həyata keçirilən uçuşlar üçün məhdudiyyət 4 may tarixinədək qüvvədə olacaq.
Şirkət bildirib ki, sərnişinlər bu barədə əvvəlcədən məlumatlandırılacaq və onlara alternativ səyahət variantları təqdim ediləcək. Qərar regiondakı gərginlik və davam edən təhlükəsizlik riskləri ilə bağlıdır.