
Aİ xarici işlər nazirləri Gürcüstandakı vəziyyəti müzakirə edəcək
Fins.az - Avropa İttifaqının xarici işlər nazirləri aprelin 21-də keçiriləcək iclasda Gürcüstandakı mövcud vəziyyəti müzakirə edəcəklər.
Görüşün gündəliyinə əsasən, nazirlər İrəvanda keçirilməsi planlaşdırılan Avropa Siyasi Birliyi sammiti ərəfəsində Cənubi Qafqaz regionundakı proseslər ətrafında fikir mübadiləsi aparacaqlar.
Müzakirələr zamanı Ermənistan-Azərbaycan münasibətləri və Gürcüstandakı vəziyyət əsas diqqət mərkəzində olacaq.
Bundan əlavə, iclasda Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki vəziyyət və Sudandakı hadisələr də gündəmdə yer alacaq.