
Aİ Sudanın qızıl ticarətinə qarşı yeni sanksiyalar tətbiq edib
Fins.az - Avropa İttifaqı (Aİ) Sudanda davam edən münaqişənin maliyyələşdirilməsi mənbələrini məhdudlaşdırmaq məqsədilə qızıl ticarəti sektoruna qarşı yeni sanksiyalar qəbul edib.
Qərara əsasən, Sudan mənşəli qızılın alınması, idxalı və ötürülməsi qadağan olunur. Bununla yanaşı, qızıl hasilatı və emalı prosesində geniş istifadə edilən civə və sianidin Sudana satışı, tədarükü, ötürülməsi və ixracına da məhdudiyyət tətbiq edilib.
Yeni sanksiyalar həmçinin bu məhsullarla bağlı texniki dəstək, vasitəçilik və maliyyə xidmətlərinin göstərilməsini də əhatə edir. Aİ bu addımla Sudandakı silahlı münaqişənin maliyyə mənbələrinin zəiflədilməsini hədəfləyir.