
Aİ “Shein”, “Temu” və “AliExpress” sifarişlərinə yeni gömrük rüsumu tətbiq edib
Fins.az - Avropa İttifaqında iyulun 1-dən etibarən Aİ hüdudlarından kənarda fəaliyyət göstərən onlayn ticarət platformaları vasitəsilə sifariş edilən ucuz mallara yeni gömrük rüsumu tətbiq olunmağa başlayıb.
Yeni qaydalara əsasən, Shein, Temu, AliExpress və digər xarici onlayn platformalardan göndərilən hər gömrük bəyannaməsi üçün 3 avro rüsum tutulacaq.
Rüsumun rəsmi olaraq satıcılar tərəfindən ödənilməsi nəzərdə tutulsa da, ekspertlər əlavə xərclərin bir hissəsinin məhsulların qiymətinin artırılması yolu ilə alıcılara ötürüləcəyini gözləyirlər.