
Aİ rusiyalılar üçün turist vizalarının tam qadağasını müzakirə edir
Fins.az - Avropa Komissiyası Rusiya vətəndaşlarına turist vizalarının verilməsinin tamamilə dayandırılması imkanını nəzərdən keçirir.
Məlumata görə, hazırda Avropa Komissiyasında bu məsələ ilə bağlı müzakirələr aparılır. Qadağanın mümkün tətbiq olunacağı tarix hələ açıqlanmayıb.
Ekspertlər qeyd edirlər ki, turist vizalarının verilməsi ilə bağlı qərarlar əsasən Avropa İttifaqına üzv dövlətlərin səlahiyyətinə daxildir. Avropa Komissiyası isə bu sahədə qaydaların əlaqələndirilməsi və tövsiyələrin hazırlanması funksiyasını yerinə yetirir.