Afrikanın ən sənayeləşmiş ölkəsi durğunluğa girdi

Afrikanın ən sənayeləşmiş ölkəsi durğunluğa girdi

DÜNYA
748

Cənub Afrika iqtisadiyyatı 2019-cu ilin son rübündə 1.4% azalaraq son iki ildə ikinci dəfə durğunluğa girib.

Fins.az xəbər verir ki, ölkədə ümumi daxili məhsul (ÜDM) 2019-cu ilin son rübündə 2018-ci ilin 4-cü rübü ilə müqayisədə 1.4% geriləyib. İqtisadiyyat keçən ilin 3-cü rübündə 0.8 kiçilmişdi. Beləliklə,ardıcıl 2 rüb kiçilən Cənubi Afrika iqtisadiyyatı durğunluğa girib. 

Ölkədə elektrik enerjisinin tez-tez kəsilməsi də iqtisadiyyata mənfi təsir göstərib. 

Afrikanın ən sənayeləşmiş ölkəsi olan Cənubi Afrika, Dövlət Başçısı Cyril Ramaphosanın 2018-in əvvəlində iqtidara gəlməsindən bu yana ikinci dəfə durğunluğa girib.Bütün il üçün iqtisadi artım 0.2% olmaqla qlobal maliyyə böhranından bu yana ən aşağı səviyyədə reallaşıb. 

©marja

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Afrikanın ən sənayeləşmiş ölkəsi durğunluğa girdi — Fins.az — Fins.az