
AFFA rəhbərliyi FIFA Konqresində iştirak edir
Fins.az - Bu gün Kanadanın Vankuver şəhərində FIFA-nın 76-cı Konqresi keçirilir.
Tədbirdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası rəhbərliyi də iştirak edir.
AFFA prezidenti Rövşən Nəcəf, icraçı vitse-prezident Sərxan Hacıyev, baş katib Cahangir Fərəcullayev və icraçı vitse-prezidentin müşaviri Orxan Əhmədov Konqresdə ölkəni təmsil edirlər.