Aeroflot iyul ayında Bolqarıstana uçuşları bərpa edir

Aeroflot iyul ayında Bolqarıstana uçuşları bərpa edir

DÜNYA
423

"Aeroflot" aviaşirkəti iyul ayında Bolqarıstana uçuşları bərpa etməyi planlaşdırır.

Fins.az  məlumatına görə, Sofiya və Burgasa həftədə dörd reys təşkil ediləcək.

Bildirilir ki, "Aeroflot" operativ qərargahın icazə verdiyi istiqamətlərdə reyslərin planlaşdırılması üzərində işi davam etdirir.

Xatırladaq ki, iyunun 18-də Rusiyanın operativ qərargahı 22 iyun tarixindən etibarən Türkiyə, 28 iyun tarixindən etibarən isə Bolqarıstan, İtaliya, Kipr, Şimali Makedoniya, Belçika, İrlandiya və İordaniya istiqamətlərində uçuşların tamamilə bərpa edilməsi barədə qərar qəbul edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Aeroflot iyul ayında Bolqarıstana uçuşları bərpa edir — Fins.az — Fins.az