
AEBA ilə İran arasında əməkdaşlıq genişlənir
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə İran hökuməti arasında əməkdaşlığın genişləndirilməsinə dair razılıq əldə edilib.
Fins.az İSNA-ya istinadən xəbər verir ki, bu barədə AEBA-nın Baş direktoru Rafael Mariano Qrossi İranın Atom Enerjisi üzrə Agentliyinin rəhbəri Əli Əkbər Salehi ilə Tehranda apardığı danışıqlardan sonra bildirib.
Agentlik rəhbəri əməkdaşlığın AEBA ekspertləri və müfəttişlərinin İrana səfərlərini ehtiva etdiyini deyib.
İRNA xəbər verir ki, Ə.Ə.Salehi keçirilən danışıqları “konstruktiv” qiymətləndirərək götürdükləri öhdəliklər çərçivəsində fəaliyyət göstərəcəklərini qeyd edib.
Xatırladaq ki, AEBA-nın Baş direktoru tərəflər arasında bir neçə ay davam etmiş gərginlikdən sonra İranın iki keçmiş nüvə müəssisəsinin təftiş olunması üçün dünən Tehrana səfərə gəlib. (report)