ABŞ “TikTok” razılaşmasına görə 10 milyard dollar alacaq

ABŞ “TikTok” razılaşmasına görə 10 milyard dollar alacaq

DÜNYA
298

Fins.az - ABŞ administrasiyası “TikTok” platformasının ölkədə fəaliyyətini davam etdirməsi ilə bağlı əldə olunmuş razılaşma çərçivəsində investorlardan təxminən 10 milyard dollar ödəniş alacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, yanvar ayında ABŞ və Çin tərəfləri “TikTok”un Amerika bölməsinin xüsusi yaradılmış konsorsiuma satılması barədə razılığa gəliblər. Konsorsiuma Silver Lake, Oracle və BƏƏ-də yerləşən MGX investisiya şirkəti, eləcə də digər investorlar daxildir.

Razılaşmaya əsasən, investorlar artıq ABŞ Maliyyə Nazirliyinə təxminən 2,5 milyard dollar ödəyiblər. Müqavilənin şərtlərinə görə, növbəti əməliyyatlar nəticəsində ümumi ödəniş məbləğinin 10 milyard dollara çatdırılması planlaşdırılır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ “TikTok” razılaşmasına görə 10 milyard dollar alacaq — Fins.az — Fins.az