ABŞ-də sorğu: Trampın fəaliyyətinə dəstək 36%-ə düşüb

ABŞ-də sorğu: Trampın fəaliyyətinə dəstək 36%-ə düşüb

DÜNYA
295

Fins.az - ABŞ-də keçirilmiş son rəy sorğusuna əsasən, prezident Donald Trampın fəaliyyətini bəyənənlərin sayı 36% təşkil edir. Bu göstərici onun ikinci prezidentlik dövrünün başlanğıcından bəri ən aşağı səviyyə kimi qiymətləndirilir.

Sorğu iştirakçılarının 62%-i dövlət başçısının fəaliyyətini mənfi dəyərləndirib, qalan respondentlər isə mövqelərini bildirməkdə çətinlik çəkiblər.

Araşdırma həmçinin göstərib ki, amerikalıların yalnız 16%-i ölkənin NATO-dan çıxmasını dəstəkləyir.

Bundan əlavə, respondentlərin böyük hissəsi dini liderlə müqayisədə Trampa daha az müsbət yanaşır. Belə ki, sorğuda iştirak edənlərin 60%-i Roma papasına müsbət münasibət bildirdiyi halda, Tramp üçün bu göstərici 36% səviyyəsində qalıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ-də sorğu: Trampın fəaliyyətinə dəstək 36%-ə düşüb — Fins.az — Fins.az