ABŞ-də neft ehtiyatları gözləniləndən daha kəskin azalıb

ABŞ-də neft ehtiyatları gözləniləndən daha kəskin azalıb

DÜNYA
289

Fins.az - ABŞ-də kommersiya xam neft ehtiyatlarında kəskin azalma qeydə alınıb. ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) açıqlamasına görə, son hesabat həftəsində ehtiyatlar 6,2 milyon barel azalaraq 459,5 milyon barel səviyyəsinə düşüb. Bu göstərici bazar proqnozlarını xeyli üstələyib.

Strateji neft ehtiyatlarında da azalma müşahidə olunub. Bu göstərici 7,1 milyon barel azalaraq 397,9 milyon barel təşkil edib.

Eyni dövrdə benzin ehtiyatları da 6,1 milyon barel azalaraq 222,3 milyon barel olub.

Məlumatlar ümumilikdə ABŞ enerji bazarında təklifin daraldığını və yanacaq ehtiyatlarında azalma tendensiyasının davam etdiyini göstərir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ-də neft ehtiyatları gözləniləndən daha kəskin azalıb — Fins.az — Fins.az