
ABŞ-də bir neçə ştat OpenAI ilə bağlı istintaqa başlayıb
Fins.az - ABŞ-ın bir neçə ştatının baş prokurorlarından ibarət koalisiya OpenAI şirkəti ilə bağlı istintaqa başlayıb.
Məlumata görə, 12 iyun tarixində şirkətə məhkəmə sorğusu göndərilib. Sorğuda daxili siyasət, reklam fəaliyyəti, istifadəçi məlumatlarının işlənməsi, dərin öyrənmə modelləri və həm azyaşlılar, həm də yaşlılarla iş prinsipləri ilə bağlı sənədlərin təqdim olunması tələb edilir.
Araşdırmanın məqsədi şirkətin süni intellekt texnologiyalarından istifadə zamanı qanunvericiliyə və istehlakçı hüquqlarına uyğunluğunu qiymətləndirməkdir.