ABŞ Kosmik Qüvvələrinin büdcəsi rekord həddə çatdırılacaq

ABŞ Kosmik Qüvvələrinin büdcəsi rekord həddə çatdırılacaq

DÜNYA
329

Fins.az - ABŞ-da Kosmik Qüvvələrin maliyyələşdirilməsi gələn maliyyə ilində kəskin şəkildə artırılacaq.

Pentaqonun büdcə layihəsinə əsasən, bu sahəyə ayrılan vəsait 71,2 milyard dollara çatacaq ki, bu da hazırkı 32 milyard dollarlıq səviyyədən iki dəfədən çox artım deməkdir.

Sənədlərdə qeyd olunur ki, kosmik sahədə strateji rəqabətin güclənməsi ABŞ-ın milli təhlükəsizlik maraqları üçün ciddi risk yaradır. Buna görə də hərbi kosmik sistemlərin genişmiqyaslı inkişafı zəruri hesab edilir.

Büdcənin təxminən 50 milyard dolları tədqiqat, inkişaf, sınaq və yeni texnologiyaların alınmasına yönəldiləcək. Bu da yeni sistemlərin yaradılması və tətbiqinə əsas diqqətin verildiyini göstərir.

Bundan əlavə, 2027-ci maliyyə ilində Pentaqonun ehtiyacları üçün 31 kosmik buraxılış planlaşdırılır, start meydançalarının modernləşdirilməsinə 2,2 milyard dollar ayrılacaq və Kosmik Qüvvələrin şəxsi heyəti 2,8 min nəfər artırılacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ Kosmik Qüvvələrinin büdcəsi rekord həddə çatdırılacaq — Fins.az — Fins.az