ABŞ Konqresinin Nümayəndələr Palatası müvəqqəti büdcə qanun layihəsini təsdiqləyib

ABŞ Konqresinin Nümayəndələr Palatası müvəqqəti büdcə qanun layihəsini təsdiqləyib

DÜNYA
254

ABŞ Konqresinin Nümayəndələr Palatası federal hökumətin bağlanmasının qarşısını alacaq müvəqqəti büdcə qanun layihəsini təsdiqləyib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, yanvarın 19-dək Energetika, Kənd Təsərrüfatı, Nəqliyyat, Mənzil və Şəhərsalma kimi nazirliklərin, fevralın 2-dək Müdafiə Nazirliyi (Pentaqon) daxil olmaqla hökumətin qalan hissəsinin maliyyələşdirilməsini nəzərdə tutan qanun layihəsi 336 əleyhinə səslə qəbul edilib. 

Respublikaçıların nəzarətində olan Nümayəndələr Palatasında 93 Respublikaçı deputatla yanaşı, 2 Demokrat deputatın da qanun layihəsinə qarşı çıxması diqqət çəkib.

Digər tərəfdən, Nümayəndələr Palatasında aralıq büdcə layihəsinin qəbulu Nümayəndələr Palatasının keçmiş sədri Kevin Makkartinin vəzifəsindən azad edilməsindən sonra bu vəzifəyə seçilən Mayk Consonun uğuru kimi şərh edilib.

Günel Məlikzadə
Fins.az

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ Konqresinin Nümayəndələr Palatası müvəqqəti büdcə qanun layihəsini təsdiqləyib — Fins.az — Fins.az