ABŞ-ın Kentukki ştatında daşqınlar nəticəsində 4 nəfər ölüb

ABŞ-ın Kentukki ştatında daşqınlar nəticəsində 4 nəfər ölüb

DÜNYA
211

Fins.az - ABŞ-ın Kentukki ştatında güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 4 nəfər həyatını itirib.

Ştatın qubernatoru Endi Beşir sosial şəbəkədə yaydığı açıqlamada davam edən leysanlar və qəfil daşqın təhlükəsi ilə əlaqədar fövqəladə vəziyyət rejimi elan olunduğunu bildirib.

Sinoptiklərin proqnozuna əsasən, günün sonunadək Kentukkinin bəzi bölgələrində 180 millimetrədək yağıntı düşə bilər.

Səlahiyyətli qurumlar əhalini ehtiyatlı olmağa, zərurət olmadıqca təhlükəli ərazilərə getməməyə çağırıb. Axtarış-xilasetmə və fəlakətin nəticələrinin aradan qaldırılması işləri davam edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ-ın Kentukki ştatında daşqınlar nəticəsində 4 nəfər ölüb — Fins.az — Fins.az