
ABŞ İrana 15 maddəlik plan təqdim etdiyini təsdiqləyib
Fins.az - ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Vaşinqtonun İrana 15 maddədən ibarət addımlar planı təqdim etdiyini təsdiqləyib.
O, bu barədə Kabinet iclasında çıxışı zamanı məlumat verərək tərəflər arasında razılaşma əldə olunması ehtimalının yüksək olduğunu bildirib.
Uitkoffun sözlərinə görə, mümkün razılaşma İran, region və ümumilikdə dünya üçün müsbət nəticələr vəd edir.